Azərbaycan Milli Məclisinin üzvləri Mətbuat Şurasının bəzi “reket” qəzetlərin arxasında məmurların dayanması ilə bağlı bəyanatına reaksiya veriblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov APA-ya açıqlamasında Azərbaycanda “reket” jurnalistikasının mövcudluğunu mənfi hal kimi qiymətləndirib.
Millət vəkili indiyə kimi dəfələrlə ona belə “mətbuat orqanları”nın əməkdaşları tərəfindən müraciət edildiyini, lakin onların heç biri ilə görüşmədiyini deyib:
“Az qala adama dilənçi kimi yalvarırlar. Açıq şəkildə zəng edib deyirlər ki, vəziyyətimiz ağırdır, pul istəyirik. Açığı heç onların adları da yadımda qalmayıb. Yoxsa böyük məmnuniyyətlə onların adını açıqlayardım. Belələri ancaq maddi maraq xətrinə işləyirlər. Qəribədir ki, onlarda qorxu hissi də yoxdur. Belə düşünmək olar ki, onlar kimlərəsə arxayındırlar. Ona görə də, Mətbuat Şurasının “reket” mətbuatın ifşa olunması istiqamətində apardığı işi dəstəkləyirəm. Hesab edirəm ki, bu cür üzdəniraq jurnalistlərin kökü kəsilməlidir”.
E. İbrahimov Azərbaycanda həddən artıq ziyalı, istedadlı və təmənnasız jurnalistikanın da mövcud olduğunu deyib: “Elə jurnalistlər var ki, uzun illərdir onlara müsahibəni telefonla verirəm. Təsəvvür edin ki, neçə ildir müsahibə verdiyim jurnalistləri tanımıram. Hətta onlarla görüşmək istəsəm belə razılıq vermirlər. Adam belə jurnalistləri görəndə fəxr eləyir” .
Milli Məclisin deputatı İmamverdi İsmayılov Azərbaycan Mətbuat Şurasının bu bəyanatını jurnalistika ilə bağlı olan bir adam dəstəklədiyini deyib. Onun sözlərinə görə, jurnalistika müqəddəs bir missiyanın daşıyıcısıdır: “Jurnalist cəmiyyətin mənəvi təbibidir, loğmanıdır. İndi ara-sıra jurnalist sözünün qarşısında reket təyinini görmək nə qədər ağırdır! Azərbaycan jurnalistikası bu ağrı-acıdan, onun saflığına xələl gətirən ləkələrdən mümkün qədər tez qurtulmalıdır və bu prosesin artıq başlanmasına çox sevinirik. Bu xoşagəlməz meylin, əslində, jurnalistikaya ciddi bir aidiyyəti yoxdur. Belə qəzetlərin mövcudluğu mətbu fəaliyyətin təməl prinsipləri ilə bir araya sığmır. Hər bir mətbuat orqanının başlıca məramı kütləvi oxucu auditoriyası toplamaq və öz mövcudluğunu oxucularının maddi dəstəyi ilə qoruyub saxlamaqdan ibarətdir. Aztirajlı, bəlli təmayüllü qəzetlərin isə belə bir oxucu auditoriyası yoxdur. Onlar bir qayda olaraq müəyyən neqativ məqsədləri yerinə yetirən şəxslər tərəfindən köməkçi vasitə kimi yaradılır.
Əlbəttə, qəzet adına belə biabırçılıqları ərsəyə gətirən adamlar məkrli niyyəti pərdələmək üçün guya bu qəzetlərin əsas məqsədinin məmurların fəaliyyətindəki konkret nöqsan və çatışmazlıqları hədəfə götürməkdən, hüquqları pozulan ayrı-ayrı şəxslərin müdafiəsinin təşkilindən ibarət olduğunu da iddia edə bilərlər. Amma bunu Konstitusiyanın verdiyi imkanlardan faydalanaraq, müvafiq dövlət orqanlarına müraciət ünvanlamaqla, yaxud məhkəmələrin köməyi ilə etmək olmazmı?! Bu halda fərqli adlar altında onlarla qəzet açıb sözün ismətinə xələl gətirməyə nə lüzum var?! Mənim fikrimcə, mətbuatdan çirkin məqsədlərlə istifadə bir əxlaq problemidir və bu cür ictimai əxlaqsızlığa qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Biz belə əxlaqın sahibləri ilə ictimai yerlərdə, anaların, bacıların yanında söyüş söyən, tərbiyəsizlik edən kəslərlə davrandığımız kimi davranmalıyıq. Ona görə də bu sahədə vəziyyətin nizama salınması indi dövlətdən daha çox cəmiyyətin vəzifəsidir. Cəmiyyətdə mətbuat orqanlarının fəaliyyəti ilə bağlı maarifçilik səviyyəsi yüksəlməlidir. Biz klassik jurnalistika ənənələrinə sadiq qalan, ictimai-siyasi fikrə müəyyən təsiri olan normal jurnalistika ilə reketçi zümrəni bir-birindən fərqləndirməyi bacarmalıyıq. Xüsusilə dövlət orqanları, məmurlar kütləvi informasiya vasitələri ilə ünsiyyətdə bu amili nəzərə almalıdırlar. Əgər belə olarsa, onda Azərbaycan Mətbuat Şurasının reket qəzetlərə qarşı həyata keçirdiyi tədbirlər də yüksək səmərə verəcək. Mətbuat Şurası ictimai bir qurumdur və indiki statusunda bu qurumun əsas təsir mexanizmi ictimai qınaqdır. Bu qınağın təsir gücünün formalaşmasında fərd olaraq hər birimizin iştirakımıza ehtiyac var”.
İ. İsmayılov, həmçinin Mətbuat Şurasının problemin həllinə təsir imkanlarının artırılması üçün Şuraya əlavə səlahiyyətlərin verilməsini də məqsədəuyğun hesab edib: “Son illər dövlətin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə Mətbuata Dəstək Fondunun yaradılmasını, əxlaqsız jurnalistikanın Fondun həyata keçirdiyi layihələrə yol tapa bilməməsini alqışlayıram. Bütün bunlar əsrlər boyu Azərbaycan mətbuatında mövcud olmuş sağlam ənənələrin yenidən bərpası və inkişaf etdirilməsi, Sözümüzün pisliklərdən təmizlənməsi üçün çox faydalıdır. Mətbuat Şurasının bəyanatında da qeyd edildiyi kimi, bəzi «reket nəşr»lərin arxasında gizli havadarların dayanması, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilməsi məndə böyük təəssüf hissi doğurur. Bunu yolverilməz sayıram. İndi elə bir zamandır ki, cidanı çuvalda gizlətmək olmaz. Ona görə də heç kim qəzet səhifəsi arxasında pərdələnib bədnam əməllərlə məşğul olmağı özünə rəva görməsin. Allah insanları bir-birinə həyan olmaq, könül sevindirmək üçün yaradıb. Qəzetlərdə dərc etdirilən məqsədli dezinformasiyalar isə ürəklərə şübhə toxumu səpir, insanlar arasında dostluq münasibətlərinə xələl gətirir, könül sındırır. Əgər bir könül almağı bacarmırıqsa, min könülü niyə bərbad edirik?!”
Milli Məclisin üzvü Məlahət İbrahimqızı da APA-ya açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Mətbuat Şurasının son illər apardığı bu mübarizə təqdirə layiqdir. M. İbrahimqızı şuranın “reket” jurnalistikaya qarşı apardığı mübarizəni daha da intensivləşdirilməsini istəyib: “Mən bir neçə dəfə Mətbuat Şurasının açıqladığı siyahı ilə tanış olmuşam. Jurnalistika bizim gözümüzdür. Açığı, mətbuata bu reket sözü yaraşmır. Adam heç dilinə gətirmək istəmir belə ifadəni. Hesab edirəm ki, Mətbuat Şurası “reket” mətbuatın arxasında dayanan məmurların adlarını açıqlamalıdır. Onlar belə “qəzet”lərin adlarını açıqladığı kimi, onları himayə edən şəxslərin də adlarını çəkinmədən deməlidir. Qoy hamı həqiqəti bilsin. Əgər belə olacaqsa, problem də həll ediləcək”.
M. İbrahimqızı deyib ki, Azərbaycanda heç bir peşəkar jurnalistin “reket”çiliklə məşğul olmasına inanmır: “Belələri jurnalistikaya təsadüfən gələn adamlardır. Biz hamımız birləşib bu istiqamətdə mübarizə aparmalıyıq” .
Filed under: Xəbərlər Tagged: | aqrar, Azərbaycan, Eldar İbrahimov, əməkdaş, jurnalist, jurnalistika, komitə, media, mətbuat, Milli Məclis, reket, siyasət









salam
ay avvam millət reket jurnalisdlər hamısı prezidet aparatının əlaltılarıdır .
kəsəsi həqiqi o rekert jurnalisdisə
getsin prezident ilham əliyevə desin
ə Qarabag torpagın almasan səni
qəzetə verəcəm yox qəzetdə adının
çıxmasını isləmirsənsə bir milyon manat pul ver. bu azərbaycanın kodeksidi……. 15-iyun qurtuluş günü polis Qarabag əlilini ailəvi yerlə
sürüdü deputat Aynur Quluyeva İH-nin başçısı Vidadi İsayev poli rəisi M.Nofəl deyiblər bizim arxamızda İlham Əliyev kimi prezidentimiz var Qarabag əlili Mehman bizə nə edə bilər . indi gördünüz bunların arxası hara baglıdır ona görədə bumlar Qarabag əlilini qarşı reketlik edirlər. bunlar bütün Tər-tər xalqına qarşı reketlik edirlər Allah haqqı.
mən 1-ci qrup Qarabag əlilini vergilər naziri Fazil Məmmədov məhkəməylə hədələyir məni tutduracagını deyir bax nazir Fazil Məmmədov regertlik edir ay avvam xalq prezident İlham Əliyev mənə demək islədiyi sözü əlilnin altındaklı saxladıgı rekert nazir Fazilin dilylə deyir. Qarabagımızı sevən vətənini sevən rəyini yazsın Tər-tər rayonu