• Facebook


  • Kateqoriyalar

  • Arxivlər

  • Bloqu İzlə

Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək

Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisin fevralın 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

“Yaz sessiyasının ikinci iclasında “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə layihələrin müzakirəsi nəzərdə tutulur”, – Trend News-a cümə axşamı Milli Məclisin mətbuat xidmətindən bildirilib. Oxumağa davam et

Milli Məclisin deputatları ilə köməkçiləri arasında pul davası

Milli Məclisin bir neçə deputatı ilə köməkçisi arasında kart qalmaqalı yaşanıb.

Aldığımız məlumata görə, millət vəkilləri köməkçilərin parlamentdən kartla aldığı əməkhaqlarına göz dikib. Bunun nəticəsində isə köməkçilər narazılıqlarını bildiriblər.

Hətta deyilir ki, buna görə bir deputat köməkçisi işdən çıxarılıb.

Məlumatı dəqiqləşdirmək üçün Milli Məclisin mətbuat katibi Akif Nəsirovla əlaqə saxladıq. Oxumağa davam et

YAP parlament seçkilərində gənclərə və qadınlara üstünlük verəcək

Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkilərində gənclər və qadınlara üstünlük verəcək.

AZADİNFORM xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin müavini, YAP icraçı katibinin müavini Bahar Muradova verib. Oxumağa davam et

Bu gün Milli Məclisin Regional məsələlər Komitəsinin iclası keçirilib

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub
Məruzəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin rəhbəri Mehdi Səlimzadə təqdim edib.
Hesabatda bələdiyyələrin fəaliyyətilə bağlı görülən işlər, qanunverijilikdə aparılan təkmilləşdirmə və dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər əksini tapıb. Oxumağa davam et

Milli Məclis də qaranlıqda qaldı

Milli Məclis, metro, klinikalar, məktəblər elektriksiz qalıblar, qəza bütün paytaxtı iflic edib
Bakıda yenə texnogen qəza baş verib. Şəhərin elektrik sistemində böyük problemlər yaranıb. Yarım saat çəkən qəza vəziyyəti qismən aradan qaldırılsa da, paytaxtın əksər ərazilərində enerji verilişi isə hələ bərpa olunmayıb. Oxumağa davam et

Milli Məclis fevralın 12-də yığışacaq

Milli Məclisin növbəti iclası fevralın 12-də keçiriləcək.

Bu barədə MM-dən verilən məlumata görə, hələlik iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” və bir sıra qanunlara əlavə və dəyişiklikldərin edilməsindən ibarətdir. Oxumağa davam et

Milli Məclisin sədri Oqtay Əsədov fevralın 20-22-də İranda rəsmi səfərdə olacaq

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Respublikasında rəsmi səfərdə olacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər zamanı O. Əsədov İran prezidenti Mahmud Əhmədinejad, bu ölkə parlamentinin sədri Əli Laricani və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Oxumağa davam et

Parlament adı ilə reketlik edənlər…

Milli Məclisin adından çıxış edən «reket» qəzetlərin adı açıqlandı

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov parlamentin adından istifadə edən «reket» qəzetlərdən narazılığını ifadə edib. Oxumağa davam et

Azərbaycan Milli Məclisinin üzvləri Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunu izləyirlər

Bu barədə APA-ya nümayəndə heyətinin üzvü, seçkiləri MDB Parlament Assambleyasının (PA) missiyasının tərkibində izləyən millət vəkili Nizami İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, seçkini Azərbaycan Milli Məclisinin üzvlərindən Sabir Hacıyev və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) missiyasının tərkibində, o və Rüfət Quliyev isə MDD PA-nın missiyasının üzvü kimi izləyirlər. Oxumağa davam et

Yeni Bloq – Yeni Seçki

Hörmətli Oxucular

Bu bloq önümüzdəki parlament seçkilərinə qədər əhalinin məlumatlandırılmasını və seçkilərdə aktivliyini təbliğ etmək üçün yaradılmışdır.

Bloqda parlament seçkilərinə hazırlıqlar, milli məclisdə müzakirəyə çıxarılan qanun layihələri və digər yeniliklər oxucularla paylaşılacaq. Oxumağa davam et

Design a site like this with WordPress.com
Başla: