• Facebook


  • Kateqoriyalar

  • Arxivlər

  • Bloqu İzlə

Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın təklifini qəbul edib

Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məsləhətləşmə aparmaq barədə təklifini qəbul edib.

Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, Müsavat Divanının fevralın 15-də keçirilən iclasında ittifaqın təklifi müzakirəyə çıxarılıb. Partiya rəhbərliyi bu müzakirələrdə iştirak etmək qərarı verib. Oxumağa davam et

Aviqdor Liberman: “Əlaqələrimizin inkişafında Azərbaycandakı yəhudi icması və İsraildəki Azərbaycandan getmiş diaspor böyük rol oynayır”

Fevralın 10-da Milli Məclisin (MM) sədri Oqtay Əsədov İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, parlamentin sədri bu cür səfərlərin münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Oxumağa davam et

Azərbaycan Milli Məclisinin üzvləri Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunu izləyirlər

Bu barədə APA-ya nümayəndə heyətinin üzvü, seçkiləri MDB Parlament Assambleyasının (PA) missiyasının tərkibində izləyən millət vəkili Nizami İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, seçkini Azərbaycan Milli Məclisinin üzvlərindən Sabir Hacıyev və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) missiyasının tərkibində, o və Rüfət Quliyev isə MDD PA-nın missiyasının üzvü kimi izləyirlər. Oxumağa davam et

Design a site like this with WordPress.com
Başla: