• Facebook


  • Kateqoriyalar

  • Arxivlər

  • Bloqu İzlə

Milli Məclisin yaz sessiyasının beşinci iclasında Hökumətin hesabatı təqdim olunacaq

Hökumət mart ayında Milli Məclisdə hesabat verəcək.

Milli Məclisdən verilən məlumata görə, qanunvericiliyə əsasən yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin hesabatı təqdim olunacaq. Oxumağa davam et

Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən «Ailə həkimi haqqında» qanun layihəsi hazırlanır

Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən «Ailə həkimi haqqında» qanun layihəsi hazırlanır.

Bu barədə Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

M.Quliyev bildirib ki, bu qanunun məqsədi əsasən ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqəti daha da artırmaqdır. Oxumağa davam et

Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək

Azərbaycan Parlamentinin növbəti iclasında bəzi qanunlara əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisin fevralın 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

“Yaz sessiyasının ikinci iclasında “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə layihələrin müzakirəsi nəzərdə tutulur”, – Trend News-a cümə axşamı Milli Məclisin mətbuat xidmətindən bildirilib. Oxumağa davam et

Bu gün Milli Məclisin Regional məsələlər Komitəsinin iclası keçirilib

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub
Məruzəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin rəhbəri Mehdi Səlimzadə təqdim edib.
Hesabatda bələdiyyələrin fəaliyyətilə bağlı görülən işlər, qanunverijilikdə aparılan təkmilləşdirmə və dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər əksini tapıb. Oxumağa davam et

Milli Məclis də qaranlıqda qaldı

Milli Məclis, metro, klinikalar, məktəblər elektriksiz qalıblar, qəza bütün paytaxtı iflic edib
Bakıda yenə texnogen qəza baş verib. Şəhərin elektrik sistemində böyük problemlər yaranıb. Yarım saat çəkən qəza vəziyyəti qismən aradan qaldırılsa da, paytaxtın əksər ərazilərində enerji verilişi isə hələ bərpa olunmayıb. Oxumağa davam et

Milli Məclis fevralın 12-də yığışacaq

Milli Məclisin növbəti iclası fevralın 12-də keçiriləcək.

Bu barədə MM-dən verilən məlumata görə, hələlik iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” və bir sıra qanunlara əlavə və dəyişiklikldərin edilməsindən ibarətdir. Oxumağa davam et

Yeni Bloq – Yeni Seçki

Hörmətli Oxucular

Bu bloq önümüzdəki parlament seçkilərinə qədər əhalinin məlumatlandırılmasını və seçkilərdə aktivliyini təbliğ etmək üçün yaradılmışdır.

Bloqda parlament seçkilərinə hazırlıqlar, milli məclisdə müzakirəyə çıxarılan qanun layihələri və digər yeniliklər oxucularla paylaşılacaq. Oxumağa davam et

Design a site like this with WordPress.com
Başla: